Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında aprelin 2-də Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan dördünün müalicəsi davam etdirilir. Bu barədə Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir. Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb. Şəffaflıq.az
Facebook-da paylaş








