Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq


Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq qanun layihəsi daxil olub.

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin aprelin 6-də keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}