Cahangir Həsənzadə AFFA-da texniki direktor vəzifəsini tərk edir


AFFA-da bir sıra islahatlar aparılıb.

Şəffaflıq.az xəbər verir ki, bunu milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev mətbuat konfransında deyib.

O, futbol ictimaiyyətinin tanınmış nümayəndələrinin quruma cəlb olunduğunu söyləyib:

"Bəxtiyar Musayev və Mirbağır İsayevi qeyd etmək istəyirəm. Həmçinin Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günüdür. Başqa dəyişikliklər də gözlənilir".

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}