Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək. Ardınca turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş








