Rusiya ordusu Xarkova PUA-larla hücum edib, yaralılar var
Rusiya silahlı qüvvələri cümə axşamı günü Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova pilotsuz uçuş aparatları ilə hücum ediblər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Xarkov meri İqor Terexovun sözlərinə görə, gün ərzində və axşam saatlarında şəhərin dörd rayonunda zərbələr qeydə alınıb. Şəhər rəsmisi ən azı 20 PUA hücumu barədə məlumat verib. Bəzi hücumların yanğınlara səbəb olduğu bildirilib. Axşam hücumunda səkkiz yaşlı qız da daxil olmaqla iki nəfər yaralanıb. Bundan əlavə, daha cənubda yerləşən Zaporojye şəhərində Rusiya hücumu nəticəsində çoxmərtəbəli yaşayış binası və yerli müəssisəyə ziyan dəyib. Regional administrasiyanın rəhbəri İvan Fedorovun sözlərinə görə, heç bir itki qeydə alınmayıb. Bu arada, Rusiyanın Ukrayna ilə həmsərhəd olan Belqorod bölgəsində bir sıra dron hücumları nəticəsində 13 nəfər yaralanıb. Viloyat qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, onlardan 11-i sərhədin birbaşa yaxınlığında yerləşən Şebekino kəndində yaralanıb. Şəffaflıq.az
Facebook-da paylaş








