Sumqayıt şəhərində mübahisə qanla bitib.
Sumqayıt şəhərində mübahisə qanla bitib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 21-ci məhəllə ərazisində qeydə alınıb. İlkin məlumata görə, tərəflər arasında baş verən mübahisə zamanı 1988-ci il təvəllüdlü Bəkirov Anar Xaləddin oğlu bıçaqlanıb. Eyni zamanda 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Tofiq oğlunun baş nahiyəsinə daşla zərbələr endirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








