Şamaxı İncəsənət Təhsilli Mərkəzində E.Hüseynov adına 2 saylı tam orta məktəbin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olduğu "Riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili"layihəsi üzrə həyata keçirilmiş təlimlərin bağlanış mərasimi keçirilmişdir.-FOTO

28.02.2020-ci il tarixində Şamaxı İncəsənət Təhsilli Mərkəzində E.Hüseynov adına 2 saylı tam orta məktəbin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olduğu"Riyaziyyat fənni üzrə istedadlı uşaqlarla işin təşkili"layihəsi üzrə həyata keçirilmiş təlimlərin bağlanış mərasimi keçirilmişdir.
Şəffaflıq.az xəbər verir ki,tədbirdə Şamaxı rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, layihənin rəhbəri,professor, pedaqoji elmlər doktoru,əməkdar müəllim Nasim Abışov, Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağiyev və rayon ümumtəhsil müəssisələrinin direktor və müəllimləri iştirak etmişdir.Giriş sözü ilə tədbiri Şamaxı rayon Təhsil şöbəsinin müdiri N.Nagıyev açmışdır və Qrant müsabiqəsinin şagirdlərimizə verdiyi töhfələrin və bu kimi layihələrin davamlı olmasını qeyd etmişdir.Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar və mükafatlar təqdim olunmuşdur.

Vahid İsmayılov
Şamaxı şəhəri:

Şəffaflıq.az








Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}