Bu gün Şamaxı rayon Təhsil şöbəsinin müdiri Namiq Nağıyevin ad günüdür - FOTO

Nağıyev Namiq Rzaxan oğlu 4 mart. Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Şəffaflıq.az bildirir ki,N.Nağıyev bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində, aspirantura təhsilini Azərbaycan Milli Elmlər Akademiyasında alıb. Bir müddət müxtəlif məktəblərdə müəllim işləyib. 2014-cü ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda baş mütəxəssis, daha sonra isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Son iş yeri həmin institutun direktor müavini olub.
 Təhsil işçilərinin peşəkar inkişafı, ixtisasartırma, qiymətləndirmə sahələrində bir sıra önəmli layihələrin icraçısı olub.Bu gün Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri, təcrübəli təhsil işçisi, məsuliyyətli və səmimi rəhbər, Təhsil Şöbəsinə rəhbərlik etdiyi qısa müddətdə rayon təhsilində müsbət mənada xeyli dəyişikliklərə və uğurlara imza atan Nağıyev Namiq Rzaxan oğlunun doğum günüdür. Namiq müəllimi doğum günü münasibətilə Təhsil Şöbəsinin kollektivi, və eləcədə Şamaxı rayonun bütün təhsil ictimaiyyəti adından təbrik edir, ona sağlam və uzun ömür, cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar arzulayırıq.
Doğum gününüz mübarək!
Bu təbrikə Şəffaflıq.az-ın kollektividə qoşulur
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}