Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dolları keçərək tarixi maksimumu yeniləyib. Şəffaflıq.az xəbər verir ki, bunu "Comex" (Nyu-York əmtəə birjasının bölməsi) ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 04:13-ə olan məlumata görə, qızıl fyuçersləri 2025-ci ilin fevral ayında bir troya unsiyası üçün 4 500,2 dollara (+2,57%) qədər bahalaşıb. Saat 04:17-ə qədər qızılın qiymət artımı sürətlənib və bir troya unsiyası üçün 4.500.9 dollara (+2.59%) çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş








