Bir ayda sərhəddə 58 milyon manata yaxın qaçaqmal tutulub
Ötən ay sərhəddə ümumi dəyəri 57 milyon 919 min 446 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 640 kiloqram 477 qram narkоtik vasitə və 15481 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








