Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb


Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti müəyyən edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}