Almaniyada yüngül motorlu təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb


Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalts federal torpağı yaxınlığında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Şəffaflıq.az "Spiegel"ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

İlkin məlumata görə, bazar günü axşam Bitburq hava limanında eniş etməli olan təyyarə radarlardan itib.

Axtarış işləri bütün gecə davam edib və təyyarənin qalıqları yalnız səhər saatlarında uçuş-enmə zolağından on kilometrdən az məsafədə, Flissem yaxınlığındakı ərazidə aşkar edilib.

"Təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Onların şəxsiyyəti hələ müəyyən edilməyib. Qəzanın səbəbləri məlum deyil", - agentlik bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}