Ata 5 yaşlı qızını saytda satışa çıxardı - FOTO

 

Rusiyanın Çelyabinsk şəhərində Viaçeslav adlı şəxs bir saytda elan yerləşdirərək uşağını satışa çıxarıb.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, uşağın fotolarını da yerləşdirən ata övladına 5 min rubl (133 manat) qiymət qoyub.

Qızını satın almaq istəyən şəxslərlə şəhərin mərkəzində görüşə biləcəyini və pulu aldıqdan sonra təslim edəcəyini qeyd edən atanın elanı rus polisinin hədəfinə tuş gəlib. Elanı görən Rusiya polisi hərəkətə keçib və qızını satışa çıxaran ata saxlanılıb.

Bölgə prokurorluğu atanın insan alveri cinayətində ittiham olunaraq cəzalandırılacağını bildirib. Həmçinin elanı təsdiqləyən və saytında yayımlayan redaktorun da məsuliyyətə cəlb ediləcəyi bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}