"Krımın Rusiyaya birləşdirilməsini..." - ƏRDOĞANDAN AÇIQLAMA

 

Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Krımın Rusiyaya birləşdirilməsini qanuni hesab eləmədiyini və ölkəsinin Krım tatarlarının taleyinə laqeyd olmadığını bildirib.

Ərdoğan Ukraynaya səfəri ərəfəsində jurnalistlərə müsahibəsində deyib: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edirik və Krımın qanunsuz ilhaqını tanımırıq. Ukrayna ilə yaxın münasibətlərimizdə Krım tatarları mühüm cəhətlərdən biridir, biz onların vəziyyəti ilə maraqlanmağa davam edirik”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}