Yevlaxda bir nəfər kanalda batdı

 

Yevlaxda bir nəfər kanalda batıb.

Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}