Bakıda "3-cü mikrorayon bazarı"ndakı yanğın söndürülüb - FOTO

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  "112" qaynar telefon xəttinə, dünən Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub.

 Baş verən yanğın saat 18:00 radələrində məhdudlaşdırılıb və axşam saatlarında söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}