Ağstafada ağır qəza: 10-dan çox yaralı var.Onlardan 6 nəfəri...

 Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış dörd avtomobilə çırpılıb. Belə ki, “Mercedes” markalı avtomobil yola çıxan “VAZ - 2106” markalı avtomobilə çırpılıb və üzərindən keçərək digər nəqliyyat vasitələrinə dəyib.
Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Onlardan 6 nəfəri - Gültac Quliyeva (1992), Zeynab Quliyeva (2007), Samir Quliyev (1986), Təfəkkür Abdullayev (1982), Covdar İsayev (1998) və Gülşad Abdullayeva (1985) xəstəxanaya yerləşdirilib.
İçərisində uşaqların da olduğu daha bir neçə nəfər isə yüngül xəsarətdən və həyəcandan özünü pis hiss etdikləri üçün onlara ambulator yardım göstərilib.
Qeyd edək ki, hadisə şəhər ərazisində keçirilən bayram şənliyinə gedən vətəndaşların avtomobillərinin saxladığı yerdə olub.
Qəzada "VAZ - 2104 , "VAZ - 2107", iki "VAZ - 2106" və "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}