“Yandex” rusiyalıların rekord həcmdə şəxsi məlumatlarını dövlətə ötürüb


2024-cü ilin birinci yarısında “Yandex” Rusiya hakimiyyət orqanlarından öz istifadəçilərinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı rekord sayda sorğunu təmin edib.

Şəffaflıq.az \ xəbər verir ki, bu barədə

“Vyorstka” nəşri şirkətin dərc etdiyi şəffaflıq hesabatına istinadən yazır.

Belə ki, cari ilin ilk altı ayında “Yandex” dövlət orqanlarından istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 36 540 sorğu alıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur – ötən il 32 664 sorğu təqdim edilmişdi. 2024-cü ildə alınan müraciətlərin 80 %-ni və ya 29 379 sorğunu “Yandex” təmin edib. Ötən ilin birinci yarısında bu göstərici 77 % və ya 25 146 təmin edilmiş sorğu təşkil edirdi.

İqtidar orqanları ən çox “Raydtex” kateqoriyası xidmətlərinin istifadəçilərinə diqqət yetirib. Taksi, çatdırılma, karşerinq və skuter icarəsini birləşdirən bu xidmətlərə 23 770 sorğu düşüb. 2023-cü ildə bu xidmətlər hələ bir kateqoriyada birləşdirilməsə də, taksi 2021-ci ildən bəri sorğuların sayına görə lider olaraq qalır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}