Bakıda daha 4 nəfər zəhərləndi

 

Bir ailənşn 4 üzvü istifadə etdikləri qidadan zəhərləndi.Zəhərlənənlər arasında azyaşlı və yeniyetmə də var.

Hadisə Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib. Səhiyyə nazirliyindən verilən məlumata görə,ünvana gələn təcili tibbi yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Uşaqlar 2 saylı Uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə aparılıb.

Zəhərlənən 4 nəfərə lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Məlum olub ki,həmin şəxslər 37 yaşlı Mətanət Qocayeva,59 yaşlı Eyzangöl Eyvazova, 16 yaşlı Rahidə Babayeva və 11 yaşlı Fatimə Qocayevadır.

Hadisənin necə baş verməsini araşdırmaq üçün həmin ailəyə baş çəkdik.Zəhərlənən Eyzangöl Eyvazova deyir ki,axşam yeməyi hazırladığı zaman yeni alınan yağdan istifadə edib.Elə hər şey də bundan sonra baş verib.

Mətanət Qocayevanın sözlərinə görə oğlu və yoldaşı başqa yağla bişirilən yeməkdən istifadə etsələr də onlar zəhərlənməybilər.

Baş vermiş hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən ''xəzər xəbər''ə bildirildiki,hadisə ilə bağlı məlumat Agentliyədaxil olduqdan dərhal sonra qurumunəməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Hazırda müvafiq qurumlarla birgə hadisəninbaş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}