Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var


Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Heydərova Mehriban Yavər qızı və 1960-cı il təvəllüdlü Quliyev Nazim Nəriman oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}