Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
İrəvanda Ermənistan hökumət binası yaxınlığında Vaaqn Çaxalyanın başçılıq etdiyi “Kamk” təşəbbüsü etiraz aksiyası keçirir. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar. Onlar həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər.
Xəbəri paylaş
Facebook-da paylaş