Danimarka səfiri: Ukrayna yayda F-16 qırıcılarını alacaq


Danimarka bu yay Ukraynaya F-16 qırıcıları təhvil verəcək.

Şəffaflıq.az-ın xəbərinə görə, bunu Danimarkanın Kiyevdəki səfiri Ole Eqberq Mikkelsen "RBC-Ukraina"ya müsahibəsində deyib.

“Texniki detallarla o qədər də tanış deyiləm, amma bu yaxınlarda Ukraynada, Lvovda olan Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, qırıcılar bu yay əldə ediləcək. Lakin dəqiq tarix bəlli deyil. Mən yalnız onun dediklərinə istinad edə bilərəm”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, pilotlar və quru ekipajları Ukraynada F-16-dan istifadə etməyə hazırlaşır: “Bu, böyük vəzifədir və mən ötən ilin avqustunda, Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkaya səfər etdikdə Danimarkadakı aviabazada bəzi ukraynalı pilotlarla görüşmək şərəfinə nail oldum”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}