Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub


Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, metronun "Qara Qarayev" stansiyasının yanında avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Çernişen Denis Aleksandr oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}