Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Aleksandr Moiseyev Çin Xalq Respublikasına səfər edib.


Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Aleksandr Moiseyev Çin Xalq Respublikasına səfər edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı rusiyalı admiral Çin Xalq Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hu Çjunminlə görüşüb.

Tərəflər iki ölkənin donanmaları arasında əməkdaşlığın geniş spektrini müzakirə ediblər.

Görüşdən sonra komandirlər dənizdə axtarış-xilasetmə sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənəd imzalayıblar. Moskva və Pekin nümayəndələri Rusiya və Çin donanmaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}