Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulaca


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

 Şəffaflıq.az xəbər verir ki, son oyun günü 2 görüş keçiriləcək.

Saat 16:30 start götürəcək matçda "Səbail" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "ASCO Arena" baş tutacaq.

Günün digər oyununda isə "Sabah" və "Qarabağ" klubları münasibətlərinə aydınlıq gətirəcək. Start fiti 19:00-da çalınacaq görüş "Bank Respublika Arena"da oynanılacaq.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" və "Zirə" klubları bərabərə qalıb - 0:0. Digər qarşılaşmalarda isə "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" isə "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}