FED inflyasiyanın tempindən narahatlığını bildirib


Mərkəzi Bankı kimi fəaliyyət göstərən ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) açıq bazar üzrə Rəhbər Komitəsinin üzvləri inflyasiyanın kifayət qədər sürətlə azalmadığından narahat olduqlarını, lakin hələ 2024-cü ildə də baza faiz dərəcəsinin azalacağını gözlədiklərini bildiriblər.

“Report” xəbər verir ki, bunu son iclasın hesabatı sübut edir.

“İclas iştirakçıları bütövlükdə inflyasiyanın yüksək səviyyədə saxlanıldığını narahatlıqla qeyd ediblər və son məlumatların inflyasiyanın davamlı olaraq 2 %-ə endiriləcəyinə inamlarını artırmadığına inandıqlarını bildiriblər", - sənəddə deyilir. Komitənin uçot dərəcəsini 5,25-5,5 % səviyyəsində saxladığı iclasda maliyyə tənzimləyicisinin rəhbərliyi inflyasiya ilə bağlı narahatlıqlarını ifadə edib. Onların fikrincə, "geosiyasi təlatümlər və enerji qiymətlərinin artması" inflyasiyanın artmasına səbəb ola bilər.

Bəzi iştirakçılar son inflyasiya artımının nisbətən böyük olduğunu qeyd ediblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}