Sorğu: Gürcüstanda seçkilərdə parlamentə yalnız iki partiya daxil ola biləcək


Gürcüstanda keçiriləcək seçkilərdə parlamentə yalnız iki partiya - “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” daxil ola biləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə GORBI sorğusunun nəticələrini paylaşıb.

“İmedi” telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, parlament seçkiləri bu bazar günü keçirilsəydi, səslər aşağıdakı kimi paylanacaqdı:

"Gürcü arzusu" - 60,4 %, "Vahid Milli Hərəkat" - 12,6 %, "Gürcüstan üçün Lelo" - 4,7 %, "Avropa Gürcüstanı" - 4,5 %, "Gürcüstan üçün" - 3,7 %.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da partiyalar üçün 5 % baryerlə yeni, tam proporsional sistemlə keçiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}