Abşeronda yol qəzasında 1 yaşlı körpə daxil olmaqla bir ailənin üç üzvü xəsarət alıb


Abşeron rayonunun Masazır qəsəbəsində bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, Masazır qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1994-cü il təvəllüdlü İsmayılov Eldar Rauf oğlu, onun həyat yoldaşı 2001-ci il təvəllüdlü İsmayılova Aydan Səməd qızı və onların 1 yaşlı övladları xəsarət alıblar.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yaralılar həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı Abşeron rayonu polis idarəsində araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}