Salyanda mikroavtobuslar toqquşub, 15 nəfər xəsarət alıb


Salyan rayonunda iki mikroavtobus toqquşub.

“Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Babazanlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus “Mercedes” markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Digərlərinin də şəxsiyyəti dəqiqləşdirilir.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mikroavtobuslardan biri yol tikinti şirkətinə məxsusdur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}