Xankəndidə avtomat və qumbaralar aşkarlanıb


Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 28-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 20 patron darağı, 3640 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}