Göygöldə toy karvanının avtomobili qəzaya uğrayıb, ölən və xəsarət alan var


Göygöldə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri dünyasını dəyişib.

Şəffaflıq.az-ın məlumatına görə, tibbi yardımlara baxmayaraq, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri - 1989-cu il təvəllüdlü Davud Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alan şəxs - 1998-ci il təvəllüdlü Ruslan Rüstəmovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, toy mərasimindən qayıdan şəxslərin olduğu BMW markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Zərbənin gücündən avtomobildə olanlardan birinin avtomobildən çıxaraq bir neçə metr kənara düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}