Haber Global: Ermənistan Azərbaycanla sülh masasına oturmağa məcburdur


Azərbaycanla Ermənistan arasında sonuncu müharibənin bitməsindən artıq dörd il keçməsinə baxmayaraq İrəvan hələ də sülh sazişinə imza atmaqdan yayınır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalında efirə çıxan verilişdə bildirilib.

Qeyd olunub ki, Ermənistanı arxayın salan onun himayədarlarıdır. Bir tərəfdən Fransa, digər tərəfdən AŞPA kimi Avropa strukturları anti-Azərbaycan mövqeyi sərgiləməklə birtərəfli qaydada Ermənistanı dəstəkləyir və onun sülhdən yayınmasına şərait yaradırlar.

Proqramda vurğulanır ki, Azərbaycan xalqı kənardan gələn bütün təzyiqlərə kütləvi şəkildə seçkiyə qatılmaqla və İlham Əliyevə səs verməklə cavab verdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}