Şəkidə iki avtomobil toqquşub, ölən var


Şəkidə iki avtomobil toqquşub, ölən var.

Şəffaflıq.az xəbər verir ki, fevralın 6-da 1949-cu il təvəllüdlü Çingiz Səmədovun idarə etdiyi "Mercedes E-190" markalı avtomobillə Şəki-Balakən yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən 1990-cı ildə təvəllüdlü Çingiz Abbaszadənin idarə etdiyi "Hyundai i30" markalı avtomobillə toqquşub.

Nəticədə Ç.Səmədov fevralın 8-də aldığı xəsarətlərdən müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}