Tərtərdə minaya düşən gəncin son durumu açıqlanıb


Tərtərin Qızıloba kəndində minaya düşən rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlunun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Şəffaflıq.az -ın məlumatına görə, o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}