Türkiyənin Aydıncık bölgəsində avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.


Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım avtomobilləri ilə Aydıncık, Anamur və Silifke xəstəxanalarına aparılıblar. Polis və jandarma qrupları da bölgədə təhlükəsizlik tədbirləri görüb.

Qəzanın səbəbi hələlik məlum deyil.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}