Gəncədə sexdə yanğın olub, 3 nəqliyyat vasitəsi yanıb


Gəncə şəhərində boya sexində yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində yerləşən boya sexlərin birində anidən yanğın baş verib.

Hadisə zamanı sexin içərisində olan 1 yük maşını və 2 minik avtomobili, həmçinin sexdə olan avadanlıqlar, əşyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata görə, sexin 500 kvadratmetr sahəsi yanıb.

Qeyd edək ki, hadisə ilə əlaqədər ərazidə və ətraf küçələrin elektrik enerjisinin verilməsi dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}