Goranboyda vətəndaşlarda odlu silah aşkarlanıb


Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən müvafiq profilaktiki tədbirləri nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan, ov silahını polisə könüllü təhvil verib

Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}