Tutuquşu ailəni yanğından xilas etdi


Hadisə Londonda baş verib. 

Şəffaflıq.az   lent.az-a istinadən bildirir ki, gecə yarısı tutuquşu "istidir, istidir" deyə qışqırmağa başlayıb. 

Hadisəyə oyanan ev sahibi yanıq qoxusu hiss edib. Məlum olub ki, paltaryuyanda alışma baş verib. O, özünü itirmədən yanğınsöndürmə xidmətinə zəng edib. 

Hadisə yerinə gələn yanğınsöndürənlər zarafatla deyirlər ki, tarixdə ilk dəfə tutuquşu onları çağırıb. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}