Vəkil adından qanunsuz istifadə edən şəxsin apellyasiya şikayəti təmin olunmayıb


Vəkil adından qanunsuz istifadə edərək barəsində cərimə cəzası təyin edilən Bağırzadə Camal Ramazan oğlunun apellyasiya şikayəti təmin olunmayıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, daha əvvəl Camal Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Daha sonra həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət edib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Camal Bağırzadənin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}