Şirvanda mikroavtobusla minik maşınları toqquşub, xəsarət alanlar var


Şirvanda mikroavtobusla minik maşınları toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,"Mercedes Sprinter" markalı mikroavtobus "Vaz 2106" və "Renault Logan" markalı minik maşınları ilə toqquşub.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Mirzəyev Şahin Ərəbxan oğlu, 1967-ci il təvəllüdlü Əliyev Rasim Qüdrət oğlu, 1966-cı il təvəllüdlü Hümbətov Rauf Kamil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}