Yeni model “Volkswagen Tayron” - FOTO


Yeni model “Volkswagen Tayron” və yeni model “Passat” “plug-in” hibrid avtomobilləri “Formula-1” Azərbaycan Qran-prisində görünüb.

Dünya ölkələrinin diqqətlə izlədiyi 2023 “Formula-1” Azərbaycan Qran-prisi bu il də maraqlı və xoş təəssüratlarla yadda qaldı. Xüsusilə də avtomobil sektorunun eko-dost seqmenti hesab olunan “Volkswagen” “plug-in” hibrid modellərinin bu turnirdə yarışa nəzarət avtomobilləri olaraq yer alması ekoloji cəhətdən təmiz və təhlükəsiz olan bu modellərin önəminin qlobal miqyasda getdikcə daha da artdığından xəbər verir.

2023 “Formula-1” Azərbaycan Qran-prisində “Volkswagen” brendinin çox sevilən və xüsusən də bu il avtomobil həvəskarlarının özəlliklə maraq göstərdiyi yeni model “Tayon” “plug-in” hibrid və yeni model “Passat” “plug-in” hibrid modellərinin bu mötəbər turnirə kifayət qədər dəyər qatdığını əminliklə deyə bilərik.

Bu avtomobillərin hər 100 km üzrə minimal karbon emissiyası, yanacağa daha çox qənaət etməsi, çoxfunksiyalı idarəetmə sistemi, təhlükəsizliyi onların müasir tələblərə uyğun olmasından xəbər verir. Turnirin yarış avtomobilləri qismində çıxış edən “Volkswagen Tayron” “plug-in” hibrid və “Passat” “plug-in” hibrid çevik manevr imkanları ilə izləyicilərin daim diqqətindədir.

Hər zaman müştəri məmnuniyyətinə önəm verən “Volkswagen Azərbaycan” istehlakçıların bu avtomobilləri asanlıqla əldə edə bilməsi üçün yeni model “Tayron” “plug-in” hibrid və yeni model “Passat” “plug-in” hibrid modellərini tələblərə uyğun satış, kredit, lizinq və barter şərtləri əsasında təklif edir.

Texniki servis heyətinin yüksək ixtisaslı ustaları avtomobillərə yüksək səviyyəli texniki xidmətin göstərilməsini həyata keçirir.

“Volkswagen” brendinin bu modellərini “Volkswagen Azərbaycan” avtosalonundan əldə edə bilərsiniz. Avtosalonun mehriban və gülərüz personalı daima sizin xidmətinizdədir. 

Ünvan: Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 29.

Əlaqə: *0999










Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}