Ötən gün neçə kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb?


Polis əməkdaşlarının aprelin 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 280 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 163,4 kiloqramdan çox marixuana, 59,1 kiloqramdan artıq tiryək, 31,7 kiloqramdan artıq heroin, 25,8 kiloqramdan çox metamfetamin və 135 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}