Türkiyəli ağırlıqqaldıranlar “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləyirlər
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Bakıda səfərdə olan Türkiyənin ağırlıqqaldırma millisinin üzvləri “Formula -1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisini izləyirlər. Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov “Facebook” paylaşımında bildirib. Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan xanım atletlər Nuray Güngör, Cansu Bektaş və gümüş mükafatçı Qamze Altunla birlikdə tribunada çəkdiyi şəkli paylaşıb. Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da keçiriləcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş