Bakıda “kreativ” velosiped yolu: Böyrək daşının düşməsinə faydalıdır - FOTO/VİDEO
Şüvəlan-Mərdəkan yolunda salınan velosiped yolu yalnız kənardan xoş görüntü bəxş edir. Sözügedən istiqamətdə velosiped sürmək istəyən şəxslər həmin əraziyə gedəndə yolun, sadəcə, asfalt örtüyü üzərinə çəkilən rəngli boyadan ibarət olduğunu gördüklərini deyirlər: “Sanki qrunt yola qırmızı boya, üstünə də velosiped şəkli çəkiblər. Yolun o biri tərəfi isə hələ hazır deyil. Təsəvvür edin, yeni cücərən otlar asfalt örtüyünü yarıb çıxır. Özü də yol düz deyil, dərə-təpədir”. Zabrat yolları ilə müqayisə edilən velosiped yolunun bərbad vəziyyətdə olduğu deyilir. Həmin velosiped yolundan istifadə edən şəxslər iddia edirlər ki, dövlət pul ayırıb, ancaq kimlərsə yeyinti edib, “yola veriblər”. İnsanlar həmin yolda qətiyyən velosiped sürməyin mümkün olmadığını deyirlər. Hətta paylaşımlardan birində vətəndaş kinayə ilə sözügedən velosiped yolunun böyrək daşından əziyyət çəkənlərə faydalı ola biləcəyini qeyd edib. Həmin videogörüntünü təqdim edirik:Şəffaflıq.az
Facebook-da paylaş