Naxçıvanda tələbəni avtomobil vurub
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin “Mikrorayon” adlanan ərazisində qeydə alınıb. Belə ki, yolu keçən 2004-cü il təvəllüdlü, Ordubad rayon Gənzə kənd sakini, Naxçıvan Universitetinin tələbəsi Həsənova Hökümə Şəhrud qızını avtomobil vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş