Bakıda kişi keçmiş qudasını maşınla vurdu

Bakıda kişi qəsdən avtomobillə vurulub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi “Ford” markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası, Ağsu sakini Babək Əmrahovu vurub.

Xəsarət alan Babək Əmrahov xəstəxanaya yerləşdirilib. Keçmiş qudasını vuran Rauf İslamov tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}