“Mançester Siti”nin sabiq futbolçusu Azərbaycan klubunda - FOTO


“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Divayn Naa ilə sözləşmə imzalanıb. Qanalı yarımmüdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Mançester Siti” (İngiltərə),”Stromqodset” (Norveç), “Breda” (Niderland), “Norşelland” (Danimarka), “Orebro” (İsveç), “Tubiz” (Belçika), “Hapoel” (İsrail), “Mosta” (Malta) komandalarının formasını geyinib. O, son olaraq Litva “Jalgiris”ində çıxış edib.

Divayn Naa “Turan Tovuz”da 24 nömrəli formanı geyinəcək.



Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}