Qvatemalada ağır yol qəzasında 17 nəfər ölüb,13 nəfər yaralanıb.


Qvatemalada 35 sərnişini daşıyan kiçik yük maşınının 250 metr hündürlükdən dərəyə düşməsi nəticəsində ikisi azyaşlı olmaqla azı 17 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “La Hora” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hondurasla sərhədə yaxın Çikimula ştatının cənub-şərq departamentində baş verib. İlkin məlumata görə, avtomobildə əyləc nasaz olub və bundan sonra nəqliyyat vasitəsi yoldan çıxıb.

Polis yük maşınının sürücüsünü həbs edib. Tezliklə ona qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}