Goranboyda iki maşın toqquşdu: Xəsarət alanlar var



Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə VAZ-2107 markalı minik avtomobili toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}