Bakıda gənc qız və oğlan itkin düşüb


Bakıda gənc qız və oğlan itkin düşüb.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, iyulun 25-də 2006-cı il təvəllüdlü Həsənova Sevinc Habil qızı yaşadığı paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa, eyni gündə 2006-cı il təvəllüdlü Sadiqi Namiq Məmməd oğlu yaşadığı Xətai rayonu, Levonovski küçəsində yerləşən evlərindən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsində və Xətai RPİ-in 37-ci Polis Bölməsində araşdırmalar aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}